"Kurtlar Vadisi Pusu" serialındakı Polad Alemdarla yunanlı Amonun görüşündəki səhnə yenidən gündəmə gəlib.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, serialın 231-ci bölümündə 86 il sonra məscidə çevrilən Ayasofya barədə dialoq sosial mediada müzakirələrə səbəb olub.
Amonun "Bura bizim müqəddəs otağımızdır, Ayasofyaya xoş gəldin" sözünə Polad Alemdar "Bura nə sənin, nə də mənimdir, bura Allahın evidir" cavabını verir.
Amonun "Niyə bərpa işlərini bu qədər uzatmısınız, yoxsa nə edəcəyinizi dəqiqləşdirməmisiniz?" sualı da diqqəti cəlb edir.