Populyar “Pole Çudes” televiziya proqramının əvəzolunmaz aparıcısı Leonid Yakuboviç Əfqanıstan müharibəsi və Kosovodakı hərbi kampaniyaya həsr olunmuş kitab yazıb.
Rusiyalı aparıcı bunu TASS agentliyinə verdiyi açıqlamada bildirib.
“Səkkiz il əmək sərf edərək, yazdığım qeydləri nəşriyyata təqdim etdim. Müharibə ilə bağlı bir neçə hekayədən əlavə, kitabda müxtəlif insanların xatirələri də olacaq. Kitabda yazdığım şeirlərə də yer ayrılacaq.
Misal üçün, Rusiya Federasiyasının Cinayət Məcəlləsini Krılovun təmsilləri üslubunda ifadə etmişəm”, - deyə tanınmış aparıcı söyləyib.
Kitab 2020-ci ilin sentyabr-oktyabr aylarında oxucuların ixtiyarına veriləcək.