Qadin.NET / Məşhur həkimdən BƏDBİN PROQNOZ - Koronavirusun fəsadları illər boyu davam edəcək

Məşhur həkimdən BƏDBİN PROQNOZ - Koronavirusun fəsadları illər boyu davam edəcək

Artıq yeddi aydır ki, bütün dünya COVID-19-la yaşayır, yüz minlərlə qurban var, pandemiya yayılmağa davam edir. Dərman istehsalçıları koronavirusa qarşı vaksinlərin hazır olduğunu desə də, alimlər, eyni zamanda ÜST-ün rəsmiləri koronavirusun təsirinin on illərlə davam edəcəyini açıqlayıb.

Qadin.Net publika.az -a istinadən xəbər verir ki, tanınmış pediatr Yevgeni Komarovski koronavirusun orqanizmdə qoyduğu izlərdən danışıb. O, bildirib ki, pandemiyanın həm mənfi, həm də müsbət nəticələri olacaq.

“Pandemiya çox ailələrin boşanmasına səbəb oldu. Ailədaxili münaqişələr artdı, uşaqlar valideynlərinin boşanmasının şahidi oldu. Antibiotiklər və dezinfeksiyaedici maddələrin həddindən artıq istifadəsi səbəbindənsə bir çox insan ömrü boyu allergik xəstəliklərdən əziyyət çəkəcək.

Vaxtında yardım və lazımi dərmanları ala bilmədiyi üçün insanların çoxu infarkt keçirəcək. Bu böhranlardan sonra hipertoniya və insultlar inkişaf edəcək, əlillik riski artacaq.

Müsbət tərəfi odur ki, nəhayət bəzi yeni qabaqcıl texnologiyalar tətbiq olunacaq. Təhlükəsiz və ucuz vaksinlərin istehsalı üçün yeni texnologiyaların yaradılması sahəsinə böyük miqdarda vəsaitlər yatırılacaq.

25 iyul 2020
GO BACK