Azərbaycanda koronavirus infeksiyasına 332 yeni yoluxma faktı qeydə alınıb. Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Bildirilib ki, 573 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış doqquz nəfər vəfat edib.