Qadin.NET / "Ayasofya" 86 ildən sonra ibadətə açıldı

"Ayasofya" 86 ildən sonra ibadətə açıldı

86 ildən sonra bu gün "Ayasofya" məscid kimi fəaliyyətə açıq elan edilib.

Qadin.Net xəbər verir ki, vətəndaşlar səhər saatlarından "Ayasofya-i Kebir Cami-i Şerifi"də ilk namazı qılmaq üçün əraziyə axın ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da cümə namazı üçün “Ayasofya”ya gəlib. O, Quran oxuyub.

İnsan çoxluğu nəzərə alınaraq ərazidə bütün təhlükəsizlik xidmətləri qoşulub. Eyni zamanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün də bir çox tədbirlər görülüb. Məscidə gələn hər kəsə maska paylanılıb və əlləri dezinfeksiya edilib.

Yaranan izdihamın qarşısını almaq üçün məscid ətrafındakı metrostansiyalar fəaliyyətini dayandırıb. Tarixi anı yaşamaq üçün əraziyə toplaşanlar arasında yerli əhali ilə yanaşı turistlər də olub

24 iyul 2020
GO BACK