2021-ci ildə İsveçin əfsanəvi ABBA qrupu beş yeni mahnı təqdim edəcək.
Qadin.Net bildirir ki, bu barədə “The Independent” kollektivin üzvü Born Ulveusa istinadən məlumat yayıb.
B.Ulveusun sözlərinə görə, qrup beş yeni mahnı hazırlayıb və onların 2020-ci ildə təqdim olunması nəzərdə tutulub. Lakin yaranmış bir sıra texniki problemlər və koronavirus pandemiyası səbəbindən bu tarix gecikir.
Xatırladaq ki, ABBA-nın sonuncu albomu 1982-ci ildə işıq üzü görüb.