Qadin.NET / Kanye Uestdən qəribə açıqlama

Kanye Uestdən qəribə açıqlama

ABŞ-da prezidentliyə namizədliyini irəli sürən müğənni Kanye Uest iki ildir həyat yoldaşı, erməni əsilli Kim Kardaşyandan boşanmağa çalışdığı etiraf edib.
Qadin.Net xəbər verir ki, 43 yaşındakı ifaçı Kimin repçi Meek Millə oteldə görüşməsindən sonra belə qərara gəldiyini bildirib.
Uest "Twitter"də yazdığı paylaşımında Kardaşyanın onu dəlixanaya aparmağa çalışdığını yazıb:

"Kimin Meeklə görüşündən sonra boşanmağa çalışıram. Meekə hörmət edirəm. Kim həddini aşıb. 5 milyard dollar sərvətim var və daha çoxuna layiqəm".
33 yaşındakı Mill narkotik və silah satmaqda günahlandırılıb və 11 il cəza alıb, daha sonra isə şərti cəza ilə azadlığa çıxıb.

Dödr uşaq atası Uest Kardaşyanın anası Kris Cenneri də günahlandırıb. O, ana-qızın onun xəbəri olmadan mediaya açıqlama yaydıqlarını bildirib. Müğənni əlavə edib ki, qaradərili olduğu üçün ailədə onu sıxışdırırlar.

23 iyul 2020
GO BACK