2019-cu ildə Xəzər dənizində MİQ-29 helikopteri ilə qəzaya düşərək həlak olan pilot Rəşad Atakişiyevin dəfninin 24 iyulda birinci ildönümü qeyd olunacaq.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, şəhidin rayonda yaşayan anası və qardaşları paytaxta gəlmək üçün xüsusi icazə almaq məqsədilə rayon polis idarəsinə müraciət edib. Lakin onlara müsbət cavab verilməyib.
Bundan sonra şəhidin qardaşı Nicat Atakişiyev Daxili İşlər naziri Vilayət Eyvazova rəsmi müraciət ünvanlayıb.
Nazirliyin saytına ünvanlanan müraciətə bir neçə saat ərzində müsbət cavab gəlib. Şəhidin ailəsinə il mərasimində iştirak etmək üçün Bakıya gəlməyə icazə verilib.
Məlumatı Azərbaycanın Kikboksinq üzrə Federasiyasının sabiq vitse-prezidenti, sabiq məşhur idmançı Güloğlan Cabbarov sosial media hesabında paylaşıb.
Qeyd edək ki, 31 avqustadək davam edəcək karantin rejimi çərçivəsində paytaxt giriş-çıxış yolları bağlıdır. Yalnız xüsusi icazəyə malik şəxslərin Bakıya hərəkətinə icazə verilir.