Xəbər verdiyimiz kimi, koronavirus xəstələrinin saç tökülməsi problemindən şikayətləri artmaqdadır.
Qadin.Net xəbər verir ki, rusiyalı terapevt Yelena Karyakina “Zvezda” telekanalına verdiyi müsahibədə koronavirus xəstələrinin saç tökülməsinin səbəblərini izah edib. O qeyd edib ki, COVID-19 insanın görünüşünə heç bir şəkildə təsir etmir.
Karyakinanın sözlərinə görə, keçəlləşmə yalnız xəstələr infeksiyadan əvvəl digər xəstəliklərdən əziyyət çəkdikdə mümkündür.
“Koronavirusun fonunda xroniki xəstəliklər pisləşə bilər və müəyyən dərəcədə xəstənin sağlamlığının ağırlaşmasına, o cümlədən bəzi xarici dəyişikliklərə səbəb ola bilər”, - həkim əlavə edib.