ABŞ Çindən Texas ştatının Hyuston şəhərindəki Baş Konsulluğunu boşaltmasını tələb edib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bunun üçün qarşı tərəfə 72 saat zaman tanınıb.
Çindən gələn açıqlamada ABŞ-ın tələbinin təktərəfli təxribat olduğu bildirilib.
Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Vanq Venbin ölkəsinin bu qərarı şiddətlə qınadığını və tələbin ləğv edilməsini istədiyini açıqlayıb.
Qeyd edək ki, Hyuston yanğınsöndürənləri Çin konsulluğunda sənəd və kağız yandırıldığını bəyan etmişdi.