Qadin.NET / Yeni ilə qədər bizi nə gözləyir? - İnfeksionist CAVAB VERDİ

Yeni ilə qədər bizi nə gözləyir? - İnfeksionist CAVAB VERDİ

Koronavirus pandemiyası tezliklə başa çatmayacaq, çünki dünyada yoluxma davam edir.

Qadin.Net xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının akademiki, Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutu direktorunun elmi işlər üzrə müşaviri Viktor Maleyev məlumat verib.

“İnfeksiyalar heç vaxt bitə bilməz. Bir deyil, iki deyil, odur ki, başqaları peyda olacaq, ümumiyyətlə infeksiyasız yaşamaq mümkün deyil. İnsanlar təyyarələrdə uçur, qloballaşır, Yeni ilə qədər heç nə bitməyəcək və bəlkə də mövsümi artımlar olacaq”, - alim açıqlamasında qeyd edib.

O bildirib ki, yeni xəstəlik dalğasının olacağını proqnozlaşdırmaq çətindir. Eyni zamanda, kəskin infeksiyaya qarşı mübarizə tədbirlərini inkişaf etdirmək və gücləndirmək lazımdır:

“İnfeksiya baş verərsə, diaqnostika aparılır, karantin tədbirləri üçün planlar hazırlanır. Bunlar ölkə daxilində inkişaf etdirilməli və gücləndirilməlidir”.

22 iyul 2020
GO BACK