Qadin.NET / Lüksemburqda bütün tullantı sularında koronavirus aşkar edildi

Lüksemburqda bütün tullantı sularında koronavirus aşkar edildi

Lüksemburqda yeni növ koronavirusa yoluxma hallarının artmasından sonra ölkədə olan bütün tullantı sularında koronavirus aşkarlanıb.

“Anadolu” agentliyi xəbər verir ki, Lüksemburq Elm və Texnologiya İnstitutunun yazılı açıqlamasında müxtəlif bölgələrdən götürülmüş tullantı suları nümunələrinin hamısında COVID-19-un tapıldığı bildirilir:

“Bunun bütün ölkəyə aid olduğunu hesab edirik. Analizlər COVID-19-un ölkənin, demək olar ki, bütün çirkab sularında olduğunu göstərir”.

Təxminən 627 min əhalisi olan Lüksemburqda yoluxma sayının artmasından sonra ölkədə yenidən bəzi məhdudiyyətlər tətbiq edilib.

Lüksemburqda koronavirusa yoluxan 5 725 nəfərdən 111-nin öldüyü bildirilir.

23 iyul 2020
GO BACK