Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 22 iyul - Milli Mətbuat Günü ilə bağlı “Instagram” hesabında paylaşım edib.
Qadin.Net xəbər verir ki, paylaşımda deyilir:
“Hörmətli KİV nümayəndələri! Əziz dostlar!
Sizi Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Hər birinizə möhkəm cansağlığı, səadət, sevinc, nikbinlik, tükənməz enerji, yaradıcılıq uğurları və yeni-yeni nailiyyətlər arzulayıram!”
[video=|https://www.instagram.com/p/CC7vsLdAX2y/?utm_source=ig_embed]