Qadin.NET / Koronavirusa yoluxanların sayı 15 milyonu keçdi - STATİSTİKA

Koronavirusa yoluxanların sayı 15 milyonu keçdi - STATİSTİKA

Dünyada 15 097 649 nəfərdə koronavirus aşkarlanıb.
Virusdan 619 558 nəfər ölüb, 9 115 481 nəfər sağalıb.
Ölkələr arasında koronavirusa yoluxma sayına görə ABŞ (4 028 569 nəfər), Braziliya (2 166 532 nəfər) və Hindistan (1 194 085 nəfər) ilk sıralardadır.
Azərbaycanın sərhəd qonşusu Rusiya koronavirusa yoluxma sayına görə (783 328 nəfər) dördüncüdür.
Digər qonşularımızdan İranda 278 827, Türkiyədə 221 500, Ermənistanda 35 254, Gürcüstanda 1 049 nəfərdə koronavirusa yoluxma halı müəyyən edilib.
Azərbaycanda koronavirus indiyə qədər 28 242 nəfərdə aşkar edilib. Onlardan 376-sı vəfat edib, 19 939 nəfər sağalıb.

22 iyul 2020
GO BACK