Rusiyada koronavirusa qarşı hazırlanan peyvənd hazırdır.
Qadin.Net xəbər verir ki, bu barədə Müdafiə nazirinin müavini Ruslan Tsalikov “Arqumentı i Faktı” qəzetinə müsahibəsində məlumat verib.
Bildirilib ki, Rusiya Müdafiə Nazirliyinin Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzi ilə birlikdə həyata keçirdiyi koronavirus peyvəndinin kliniki sınaqları tamamlanıb.
Seçenov Universiteti Kliniki Dərman Analizləri Mərkəzinin müdiri Yelena Smolyarçuk peyvənd tətbiq edilən bütün könüllülərdə immun sisteminin yarandığını bildirib. O, immun sisteminin reaksiya başladıqdan 3 həftə sonra maksimum müdafiə səviyyəsinə çatdığını qeyd edib.