ABŞ-da baş vermiş qəribə hadisə hamı tərəfindən rəğbət və maraqla qarşılanıb. Belə ki, köhnə evi üçün darıxan it bir ştatdan digərinə qaçıb.
Bu barədə CNN məlumat yayıb.
Bildirilir ki, Kanzasda ailə yoxa çıxan itinin axtarışına başlayıb. Lakin Kleo ləqəbli labrador gözlənilməz yerdə – ailənin iki il əvvəl yaşadığı köhnə evdə tapılıb.
Onu evin yeni sahibi aşkarlayıb.
“Arvadımla işdən qayıtmışdım. Kleo giriş qapısının ağzında uzanmışdı. Mənə elə gəldi ki, o, kimisə gözləyir”, - deyə evin yeni sahibi Kolton Maykl olanlar barədə danışarkən deyib.
İtin boynunda xalta olmayıb, ancaq baxımlı olduğu üçün Mayk onun ev iti olduğu qənaətinə gəlib. O, Kleonun üzərində çip tapıb, skan edib və sahibinin adını öyrənib. Ev sahibəsi isə soyadın evin əvvəlki sahiblərinin soyadı ilə eyni olduğunu görüb. Onda Maykl “Facebook”a daxil olub, köhnə ev sahibinin səhifəsini tapıb və orada itin itdiyi barədə elanı görüb.
“Mən ona itini tapdığımı dedim. Ancaq harada olduğumuzu xəbər verəndə onun təəccübdən nitqi tutuldu”, - deyə Maykl bildirib.
Məlum olub ki, Kleo Kanzasdan Missuri ştatındakı köhnə evlərinə qədər 90 km məsafə qət edib. Çayı və üzərində intensiv hərəkət olan körpünü nəzərə almaqla, itin buna necə nail olduğu düşündürücüdür.
Kleonun sahibi Dryu itinin tapılmasına çox sevindiyini bildirib.