Qadin.NET / Mayk Tayson yeni məşq görüntülərini paylaşdı - VİDEO

Mayk Tayson yeni məşq görüntülərini paylaşdı - VİDEO

Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson yeni məşq videosunu paylaşıb.

Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, 54 yaşlı Tayson “Instagram” səhifəsində zərbələrlə qol və ayaq əzələlərini gücləndirdiyi görüntüləri yerləşdirib.

İzləyiciləri onu paylaşımına “54 yaş... İnanılmazdır”, “Qardaş, sən elə bil zəncirdən buraxılmısan, sən ki insan da öldürə bilərsən, niyə belə zərbələr endirirsən?”, “Bu, necə ola bilər?” kimi rəylər yazıblar. Bununla yanaşı, bəzi izləyiciləri onun sürətli zərbələri ilə qürrələndiklərini qeyd ediblər.


22 iyul 2020
GO BACK