Qadin.NET / Qardaşının çürümüş cəsədi ilə günlərlə eyni evdə yaşadı

Qardaşının çürümüş cəsədi ilə günlərlə eyni evdə yaşadı

Türkiyənin İstanbul şəhərində evdən gələn kəskin qoxuya görə qonşular polis çağırıb.

Qadin.Net bildirir ki, Beyoğlunda iki qardaşın yaşadığı evə gələn polis onlardan birinin - Abdullah Bitlislinin cəsədi ilə qarşılaşıb.

Evdə yaşayan digər qardaş - Suphi Bitlisli isə qardaşının öldüyündən xəbəri olmadığını deyib.

Mərhumun 15 gün əvvəl öldüyü təxmin edilir.

Ev sahibi bildirib ki, ölən qardaş beş ildir ki, onun kirayənişinidir:

“O, evdə tək yaşayırdı. 20-25 gün əvvəl kirayə pulunu almağa gələndə böyük qardaşı da yanında idi. İki gün əvvəl böyük qardaşı kirayə pulunu verdi. Qardaşını soruşanda yanında olduğunu və onu xəstəxanaya apardığını dedi”.

Ölən şəxsin meyiti ekspertiza üçün morqa aparılıb.

21 iyul 2020
GO BACK