“Fox News” telekanalı xəbər verir ki, regionunun qanununa əsasən, musiqiçi və ya onun nümayəndəsi yerli vaxtla bazar ertəsi saat 12:00-dək (Bakı vaxtı ilə 20:00-dək) ştatın seçki komissiyasına on min insanın imzasının əks olunduğu sənədi təqdim etməli idi. Ancaq o, bunu etməyib.
Qeyd edək ki, bundan əvvəl Uest Cənubi Karolinada keçirdiyi seçkiqabağı görüşdə özünü qəribə aparmağı ilə diqqətləri çəkib. O, gah gülüb, gah ağlayıb, gah təhqirlər yağdırıb, gah da İncildən sitatlar səsləndirib.