Misirdə “Mummy Project” tədqiqat qrupu sirli “qışqıran qadının mumiyası”nı təhlil edib.
“Ahram Onlayn” xəbər verir ki, bunun üçün kompüter tomoqrafiyadan istifadə edilib. Nəticələrə əsasən məlum olub ki, təxminən 3000 il əvvəl Misir şahzadəsi olduğu təxmin edilən qadın ürək tutmasından ölüb.
Tədqiqat tanınmış misiroloq Zaha Havass və Qahirə Universitetinin rentgenoloq professoru Sahar Səlimin başçılıq etdiyi qrup tərəfindən aparılıb.
Sözügedən mumiya elmə iki “qışqıran mumiya” kimi məlum olanlardan biridir.