Qadin.NET / Azərbaycanlı aktyor koronavirusdan öldü - FOTO

Azərbaycanlı aktyor koronavirusdan öldü - FOTO

Azərbaycan teatr ictimaiyyətinə itki üz verib.
Bu barədə YUĞ Teatrının “Facebook” hesabında məlumat yerləşdirilib.
Qeyd edilib ki, YUĞ Teatrının keçmiş direktoru Cərayıl İsrafilov 69 yaşında vəfat edib.
O, 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu dram-kino aktyoru ixtisası üzrə bitirib. Kurs yoldaşları ilə birgə elə həmin il dekabrın 6-da açılışı olan Lənkəran Dram Teatrının truppasının ilk üzvlərindən olub. Bu teatrın səhnəsində müxtəlif maraqlı obrazlar yaradıb.
1991-2007-ci illərdə “YUĞ” Teatrının direktoru vəzifəsində çalışıb. C.İsrafilov professor İsrafil İsrafilovun və YUĞ Dövlət Teatrının aktyoru, Əməkdar artist Fərhad İsrafilovun qardaşıdır.
İ.İsrafilov APA-ya verdiyi açıqlamada bildirib ki, qardaşı C.İsrafilov koronavirusdan vəfat edib.

21 iyul 2020
GO BACK