Qadin.NET / 190 manatla bağlı mühüm açıqlama

190 manatla bağlı mühüm açıqlama

Bizdə məlumat var ki, 190 manat üçün müraciət edən bir çox vətəndaşlar o vəsaiti bir ay keçməsinə baxmayaraq, istifadə etməyiblər.
Qadin.Net xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib: "Əgər onların ehtiyacı var idisə, vəsait daxil olduqdan sonra istifadə olunmalı idi. Verilmirdi ki, bank hesabında toplanıb, əmanətə çevrilsin. Əgər insanın obyektiv səbəbi varsa, bunun üçün ƏƏSMN-ə müraciət edib, şikayətini bildirsin".

O qeyd edib ki, iyulun 10-na qədər 190 manat ödənilib: "Bu gün əlavə ödənişin aparılması nəzərdə tutulmur".

20 iyul 2020
GO BACK