“Açıq havada kafelərdə risk aşağı düşür və bütün bunlar karantin qaydalarının yumşaldılması prosesində nəzərə alınacaq”.
Qadin.Net xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, avqustun 5-dək uzadılan sərt karantin rejimi çərçivəsində bir neçə yumşaldılma edilib:
“Mərhələli şəkildə yumşaldılma prosesinə davam ediləcək. Növbəti dövrdə - avqustun 5-dən sonra digər yumşalmalara gediləcək. Bu proseslər birdən-birə baş verə bilməz. Tədricən ediləcək. Bunlar yenə də insanlardan asılıdır”.