Qadin.NET / Karantin qaydaları yenidən sərtləşdirilə bilər - RƏSMİ

Karantin qaydaları yenidən sərtləşdirilə bilər - RƏSMİ

“Karantin qaydalarına riayət olunmazsa, qaydalara riayət edilməzsə, karantin rejimi qaydaları yenidən sərtləşdirilə bilər”.
Qadin.Net -in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
O bildirib ki, sərt karantin rejimi avqustun 5-dək uzadılıb:
“Hazırda sağalanların sayında artım var. Bu, müsbət haldır. Lakin karantin qaudalarına riayət edilmədiyinə dair faktlar aşkarlanır. Bu səbəbdən xahiş edirik ki, vətəndaşlar karantin rejimi qaydalarına riayət etsinlər. Əks təqdirdə, biz sərt karantin rejiminin uzadılmasına məcbur qala bilərik”.

20 iyul 2020
GO BACK