Terror aktı həyata keçirmək üçün Suriyadan Türkiyəyə gələn PKK üzvləri 25 və 26 yaşlı Elif K. və Həlim M. haqqında açılmış cinayət işinin istintaqı başa çatıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, araşdırmalar nəticəsində Mərsin şəhərində terrorçuların öz aralarında məşhur türk müğənnilərin adlarını kod kimi istifadə etdikləri müəyyən olunub.
Onların siyahısında Murat Boz (şəhər mərkəzində), Mustafa Ceceli (sahildə), Seda Sayan (barda) və Səlçuk Balcı (restoranda) olub.
Bundan başqa, PKK-çılar həftənin günlərini rənglərə uyğun şifrələyib: “Bazar ertəsi qara, çərşənbə axşamı ağ, çərşənbə günü qırmızı, cümə axşamı sarı, cümə günü mavi, şənbə narıncı, bazar günü isə yaşıl ilə şifrələnib”.
Terrorçular haqqında “dövlətin və ölkənin bütövlüyünü pozmaq”, “təhlükəli maddələrdən icazəsiz istifadə etmək”, “rəsmi sənədlərdə saxtakarlıq” ittihamları ilə 17 ilə qədər həbs cəzası tələb edilib.