“Tovuzdakı ağır döyüşlər zamanı Serbiyanın Gürcüstan üzərindən Ermənistana minaatan mərmiləri göndərməsi xəbərlərini rəsmi mənbələr təsdiqləməyib”.
Qadin.Net bildirir ki, bunu oxu.az-a açıqlamasında Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Məlahət İbrahimqızı deyib.
O bildirib ki, rəsmi mənbələr məlumat yaymadığına görə, Serbiyadan terrorçu ermənilərə dəstək verməsinə inanmaq çətindir.
Deputatın fikrincə, Serbiyanın Ermənistana yardımı barədə mətbuatda məlumatlar gedibsə, müvafiq qurumlar bunu araşdıracaq.
“Fakt təsdiqlənsə, biz sözümüzü necə lazımdırsa, deyəcəyik. Azərbaycanın Serbiya ilə yüksək səviyyədə münasibətləri var. Bəlkə də, ola bilər ki, Azərbaycanın Serbiya ilə münasibətlərinə xələl gətirmək istəyən qüvvələr bu məlumatı yayımlayıblar, belə həssas məqamlarda diqqətli olmaq lazımdır”, - deyə M.İbrahimqızı əlavə edib.
Ermənistan ordusunun Azərbaycanla sərhəddə iyulun 12-dən başlamış və dörd gün davam edən xain təcavüz əməlinə əvvəlcədən hazırlıq görüldüyünə dair yeni sensasion faktlar üzə çıxıb.
Bu barədə Virtualaz.org hərbi mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, həmin təcavüz əməliyyatından bir neçə gün əvvəl Serbiyadan Ermənistana iri partiyada müxtəlif çaplı minaatan mərmiləri çatdırılıb. Həmin sursat quru yolu ilə, Gürcüstan üzərindən Ermənistana keçirilib