Rusiyanın "Vzqlyad" qəzeti öz saytında "Rusiya Ermənistan-Azərbaycan münaqişəsində kimi dəstəkləməlidir" mövzusunda sorğu keçirib.
Qadin.Net bildirir ki, apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu vaxta kimi sorğuda 23 362 nəfər iştirak edib.
Sorğunun nəticələrinə görə, respondentlərin 30,37%-i hesab edir ki, bu münaqişədə Moskva Bakını dəstəkləməlidir. Sorğu iştirakçılarının 16,63%-i isə Ermənistanı dəstəkləməli olduğunu fikirləşir.
Respondentlərin 52,99%-i hesab edir ki, Rusiya münaqişə tərəflərindən heç birini dəstəkləməli deyil.