Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müqəddəs Aya-Sofya məbədini ziyarət edərək, onun məscidə çevrilməsindən sonra ilk ibadət üçün burada görülən işlərlə tanış olub.
Qadin.Net xəbər verir ki, türkiyəli lider bununla bağlı “Twitter” səhifəsində paylaşım edib. Məbəddə 86 ildən sonra ilk ibadət 24 iyul cümə gününə planlaşdırılıb.
Aya-Sofyada təxminən bir saat qalan Ərdoğanı Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoy, İstanbulun valisi Ali Yerlikaya, eləcə də Daxili İşlər naziri Süleyman Soylu və Dini İşlər üzrə İdarənin rəhbəri Ali Yerbaş müşayiət edib. Ərsoy və Yerlikaya ilk Cümə namazı üçün görülən hazırlıq işləri barədə prezidenti məlumatlandırıb.