Qadin.NET / Koronavirusa qarşı peyvənd nə qədər davamlıdır? – AÇIQLAMA

Koronavirusa qarşı peyvənd nə qədər davamlıdır? – AÇIQLAMA

Avqust ayından başlayaraq istehsal edilməsi planlaşdırılan koronavirusa qarşı peyvənd bir neçə il ərzində insanları bu xəstəlikdən qoruya bilər.

Qadin.Net bildirir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Gintsburq deyib.

Onun sözlərinə görə, qrip əleyhinə peyvəndə hər dəfə dəyişikliklər edildiyi kimi, COVID-19-a qarşı peyvəndi də, çox güman ki, vaxtaşırı yeniləmək lazım gələcək. Bununla birlikdə, A.Gintsburq vurğulayıb ki, xəstələr üzərində aparılan müşahidələrə əsasən, koronavirus öz strukturunu əhəmiyyətli dərəcədə dəyişmir.

20 iyul 2020
GO BACK