Kanadada hazırlanan hesabatda Çin və İran COVID-19-un yayılmasından məsul tutulub.
Qadin.Net publika.az-a istinadla xəbər verir ki, Kanadanın paytaxtı Ottavadakı “Macdonald-Laurier” İnstitutu və Kanada Təhlükəsizlik Araşdırma Qrupu tərəfindən "Covid-19” epidemiyası və məlumatların gizlədilməsində avtoritar rejimlərin məsuliyyətini araşdırmaq" başlıqlı hesabat hazırlanıb.
Çin və İranın “Covid-19”un ört-basdır edilməsinə görə məsuliyyət daşıdığı yazılan hesabatda bildirilir:
"Bu vəziyyət hələ davam edir. Həm Çin, həm də İran hökumətləri ilk kritik günlərdə epidemiyanın dəlillərini gizlətdiyinə, xalqın sağlamlıq və təhlükəsizliyi yerinə güc tətbiq etdiyinə dair əsaslı dəlillər var. Bu iki ölkə virusla əlaqədar qəsdən əskik hesablama aparıblar. Beynəlxalq cəmiyyətdən və öz vətəndaşlarından qaynaqlanan yoluxmanın əhatə dairəsini gizlədiblər. Xalqın sağlamlığını qorumaq üçün məlumat verənləri susdurma yolunu seçiblər".
"Kanada və digər hökumətlər hər iki dövlətdən hesabat tələb etmək üçün qanuni yolları bilirlər. Bu dövlətlər Beynəlxalq İqtisadi, İctimai və Mədəni Haqqlar Müqaviləsi, Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Sağlamlıq Tənzimləmələri, Beynəlxalq Cəza Məhkəməsinin Roma Statusu və Bioloji Silahlar Konvensiyası kimi beynəlxalq müqavilələrdə ifadə edilən qanuni öhdəliklərini pozublar.
Dünya ölkələrinin hökumətləri Çin və İranı cəzalandırmaq üçün Birləşmiş Millətlər Təşkilatının İnsan Haqqları Ali Komissarlığı, BMT-nin Təhlükəsizlik Şurası, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Cəza Məhkəməsi kimi beynəlxalq qurumlara iddia müraciətləri etməlidir”, - deyə hesabatda deyilir.