Qadin.NET / 2025-ci il üçün bədbin proqnoz verildi

2025-ci il üçün bədbin proqnoz verildi

Dünyada son 3 milyon il ərzində ən fəlakətli durum qeydə alınacaq.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Sauthempton Universitetinin yeni araşdırmasına görə, 2025-ci ilə qədər Yer atmosferindəki karbon qazının səviyyəsi son 3,3 milyon il ərzində ən isti dövrlərdən belə, daha yüksək səviyyədə olacaq.

Alimlər Karib dənizinin okean çöküntülərindəki kiçik qalıqların kimyəvi tərkibini təhlil ediblər. Bu məlumatlar Pliosen dövründəki atmosferin kimyəvi tərkibini müəyyənləşdirməyə imkan verib.

Tədqiqat müəllifləri borun izotopik tərkibinə diqqət yetiriblər. Bu element birhüceyrəli orqanizmlərin - foraminiferlərin membranlarında mövcuddur.

Onlar uzunluğu 0,5 mm-dən çox olmur, milyonlarla il ərzində tədricən dəniz dibi üzərində yığılırlar. Borun izotop tərkibi dəniz suyunun turşuluğundan asılıdır və pH da öz növbəsində atmosfer CO2-nin konsentrasiyasını göstərir.

<ins'></ins'>

20 iyul 2020
GO BACK