Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla Lənkəran şəhəri və Samux rayonunda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi bu gündən dayandırılıb.
Qadin.Net-in məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.
Qeyd edək ki, COVID-19-un yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkə üzrə xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 00:00-dək uzadılıb. Xüsusi karantin rejimi avqustun 1-də bitməli idi.
Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq sərtləşdirilmiş xüsusi karantin rejimi 2020-ci il 5 avqust saat 06:00-dək davam edəcək.
Qeyd olunan ərazilərdə sərtləşdirilmiş xüsusi karantin rejiminin 20 iyul saat 06.00-da başa çatması nəzərdə tutulurdu.