Qadin.NET / 4 illik evlilik 10 dəqiqəyə bitdi

4 illik evlilik 10 dəqiqəyə bitdi

Aktyor İsmayıl Hacıoğlu ilə 4 il əvvəl nikah masasına oturduğu Duyğu Kumarkı boşanıb.

Qadin.Net axsam.az-a  istinadən xəbər verir ki, bir müddət əvvəl ayrılan cütlük cümə günü boşanmağı rəsmiləşdirib. Onların məhkəməsi 10 dəqiqə çəkib.

3 yaşında Yemin adında bir qızları olan Hacıoğlu və Kumarki məhkəməyə qədər bir kafedə oturub gözləyib.

Duyğu açıqlamasında "İsmail Hacıoğlu ilə mənim bir qızım var. Onun xoşbəxtliyi üçün hər şey etməliyik. Öz xoşbəxtliyimizi düşünməyi bir kənara qoymuşuq. Ər-arvad kimi ayrılsaq da, ata-ana kimi hər zaman yanyana olacağıq" deyə, bildirib.


19 iyul 2020
GO BACK