Qadin.NET / Xərçənglə mübarizədə vacib kəşf

Xərçənglə mübarizədə vacib kəşf

Xərçəng xəstələrinin qanında xəstə hüceyrələrə qarşı mübarizə qabiliyyətini itirməmiş yeni hüceyrələr aşkarlanıb.
Qadin.Net xəbər verir ki, Türkiyənin Hacettepe Universitetinin professoru Güneş Esendağlı və komandasının immun sistemi üzərində apardığı araşdırmalar nəticəsində bu fakt aşkarlanıb.

Araşdırma haqqında danışan professor bildirib ki, immun sistemini müxtəlif metodlarla xarakterizə ediblər: “Bu hüceyrələrin içində 20 mindən çox genin necə dəyişdiyini gördük. Digər hüceyrələrə nisbərən necə fərqli davrandıqlarını, xərçənglə mübarizədə immun sistemini dəstələyib-dəstəkləmədiklərini göstərdik. “Monosit” adlı immun hüceyrəsi qrupuna aid bu yeni tip hüceyrələr müxtəlif metodlarla təsbit olundu, saflaşdırıldı. Bu hücyerələrin miqdarı sağlam insanlarda az, xəstələrdə isə daha çoxdur”.

19 iyul 2020
GO BACK