Rusiyada koronavirusun payızda yayılacaq ikinci dalğası birinci qədər təsirli olmayacaq.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti, professor Vladimir Çulanov deyib.
Ölkə mediasına açıqlama verən professor payızda bütün virus mənşəli xəstəliklərin əvvəlki mövsümlərə nisbətən artdığını, dolayısı ilə koronavirusun da geniş yayıla biləcəyini bildirib: “İnsanların tətildən geri qayıtması hər zaman tənəffüs yolları xəstəliklərinin artmasına yol açar. Lakin koronavirusun ikinci dalğasının ilki qədər güclü olmasını gözləmirik”.
Bir çox rus vətəndaşının COVID-19-a qarşı immun sisteminin yarandığını söyləyən Çulanov insanların qabaqlayıcı tədbir qaydalarına daha diqqətli riayət etdiyini vurğulayıb.