Qadin.NET / Meqan Markl şahzadəyə görə sevimli itini buraxıb

Meqan Markl şahzadəyə görə sevimli itini buraxıb

Sasseks hersoqinyası Meqan Markl Böyük Britaniyaya sevimli iti “Boqart”ı Kanadada qoyaraq gəlib.
Bu barədə “The Sun” məlumat yayıb.
Sözügedən iti hersoqinya hələ şahzadə Harri ilə tanış olmazdan əvvəl sığınacaqdan götürüb.
Meqan Marklın “Boqart”ı özü ilə birlikdə gətirməməsinə səbəb isə itin şahzadə Harrini sevməməsi olub.
Sasseks hersoqinyasının yaxın çevrəsi onun sevimli itindən şahzadəyə görə imtina etdiyini qeyd edib. M.Marklın “Boqart”ı dostlarına verdiyi və demək olar ki, hər gün onunla görüntülü danışdığı qeyd olunur.

18 iyul 2020
GO BACK