Qadin.NET / Ərdoğandan Azərbaycan xalqına BÖYÜK DƏSTƏK

Ərdoğandan Azərbaycan xalqına BÖYÜK DƏSTƏK

Qardaş Azərbaycanı qətiyyən tək qoymarıq.
Publika.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

Son günlərdə Ermənistanın Azərbaycana qarşı təxribat hücumları barədə danışan Ərdoğan ATƏT-in Minsk qrupunun 30 ilə yaxındır ki, bu işi masada saxladığını deyib: “Ermənistan işğalçıdır. Ermənistanın işğalı, illərdir davam edir. Dağlıq Qarabağ işğal altındadır. Dağlıq Qarabağ işğal altındadır. Hazırda Ermənistan davamlı şəkildə Azərbaycanın yaşayış məntəqələrinə hücum edir. Bu hücumlar nəticəsində Azərbaycanda hazırda öz üzərinə düşən işi görərək torpaqlarının müdafiəsi, xalqın müdafiəsi yönündə addımlar atıb.

Bu məsələdə Azərbaycanın yanındayıq.
Qardaş Azərbaycana dəstəyimizi verəcəyik. Mən cənab İlham Əliyevlə danışıqları davam edirəm. Sonuncu dəfə dünən ordan bir heyət Türkiyəyə gəlib. Bizim bir sıra rəsmilərimizlə görüş keçiriblər. Mən də onlarla telefonla danışdım. Azərbaycanlıların Qafqaz mübarizəsində olduğu kimi bu gün də yanındayıq və yanında olacağıq”.

17 iyul 2020
GO BACK