Qadin.NET / DİM yeni növ imtahanlar keçirməyə hazırlaşır - RƏSMİ

DİM yeni növ imtahanlar keçirməyə hazırlaşır - RƏSMİ

“Dövlət İmtahan Mərkəzi gələcəkdə yeni növ imtahanın keçirilməsi üçün layihə üzərində iş aparılır”.
Qadin.Net-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, “Açıq kitab” adlanan imtahanda istifadəçi yardıma görə nədənsə istifadə etsə də, əsas tələb olunan tapşırığı həll edə bilməsidir:

“Hazırda layihə üzərində işlənilir. Bunun növbəti imtahanlara heç bir aidiyyəti yoxdur. Çünki bu, layihədir”.

“Gələcəkdə də belə növ imtahanların onlayn keçirilməsi təhlükəsizlik nöqteyi-nəzərdən daha düzgün ola bilər”, - deyə sədr qeyd edib.

17 iyul 2020
GO BACK