Qadin.NET / Qəbul imtahanları nə vaxt olacaq?-AÇIQLAMA

Qəbul imtahanları nə vaxt olacaq?-AÇIQLAMA

“Avqustun 13-14-ü qəbul imtahanları keçirilə bilər. Bu tarix də hələlik dəqiq deyil”.
Qadin.Net-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bunun üçün buraxılış imtahanlarının hamısının nəticələri elan olunmalıdır:
“Avqustda dörd gün ərzində qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulub”.
O qeyd edib ki, avqustun 10-dək rezidenturaya qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulur.
M.Abbaszadə əlavə edib ki, dövlət qulluğu ilə əlaqəli müəyyən müddətə təxirə salınan imtahanların da avqustun 1-dən 10-dək olması planlaşdırılır”.

17 iyul 2020
GO BACK