İTV-nin əməkdaşları iyulun 13-dən 14-nə keçən gecə Tovuz rayonunda şiddətli döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun evindən reportaj hazırlayıb.
Şəhid generalın anası Səmayə Həşimova bildirib ki, lap uşaqlıqdan onun hərbçi olacağı bəlli idi:
“O, elə bilirdi ki, onun atası-anası hərbidədir. Bəlkə də, hərbini ailəsindən çox istəyirdi. Mən onu hiss edirdim”.