Qadin.NET / Milyon dollarlıq xəzinəni gizlədib, axtarış üçün ipucları qoydu - FOTO/VİDEO

Milyon dollarlıq xəzinəni gizlədib, axtarış üçün ipucları qoydu - FOTO/VİDEO

Ailəlikcə uzun illər zərgərliklə məşğul olan amerikalı Conni Perri müxtəlif yerlərə ümumi dəyəri bir milyon dollar (1 700 000 AZN) olan xəzinə basdırıb, onun axtarışı üçün isə ipucları qoyub.
Qadin.Net bildirir ki, bu barədə WJBK məlumat yayıb.
Bildirilir ki, Conni Perrinin ailəsinə məxsus zərgərlik dükanında satılmayan qiymətli əşyalar Detroytdan Miçiqana kimi onlarla yerdə basdırılıb.
O və arvadı xəzinənin basdırılması üçün dörd ay vaxt sərf ediblər.
Perrinin seçdiyi yerlər onun həyatının önəmli hadisələri ilə bağlıdır. Bəzi məntəqələrə o, baydarka ilə hərəkət etmək məcburiyyətində qalıb.
Məşhur zərgər iddia edir ki, hər bir xəzinədə 4 000 dollar (6 800 AZN) dəyərində brilyantlar, qızıl əşyalar və nadir sikkələr var.
Perri xəzinə axtaranlara ipuclarını satmağı düşünür. Xəzinə tapılanda dəyərli əşyalarla birlikdə basdırılan GPS trekin sayəsində bunu öyrənmək mümkün olacaq.
İlk xəzinə ovu avqustun 1-də başlayacaq. Zərgər onun tez tapılacağını düşünür.
“Axtarışların bir həftədən çox çəkə biləcəyini düşünmürəm”, - deyə o etiraf edib.

18 iyul 2020
GO BACK