Qadin.NET / General Polad Həşimov haqqında kitab nəşr olunacaq

General Polad Həşimov haqqında kitab nəşr olunacaq

General Polad Həşimov haqqında kitab nəşr olunacaq

Bu istəkdə olduğu haqda “Hədəf Nəşrləri” məlumat yayıb. Nəşriyyatın direktoru Səbuhi Şahmursoy bildirib ki, bu yaxınlarda şəhid olan general Polad Həşimovun əziz xatirəsini kitab şəklində əbədiləşdirmək arzusundayıq.

“Bu cəsur vətən oğlunun təcrübəli hərbçi olması ilə bərabər, həm də yaxşı insan olduğunu çoxumuz bilirik. “Xatirə ədəbiyyatı” silsiləsində Polad Həşimov haqqında xatirələrdən ibarət bir kitab nəşr etmək istəyirik. Amma əlimizdə yetərincə yazı yoxdur. Odur ki, mərhum generalımızı şəxsən tanıyanlardan, dostlarından, qohumlarından və ailə üzvlərindən xatirə yazıları gözləyirik. Ümid edirik ki, tezliklə bu cəsur hərbçimiz haqqında maraqlı və sanballı yazılar toplanacaq və biz “General Polad Həşimov haqqında xatirələr” kitabını ictimaiyyətə təqdim edə biləcəyik.”

Qeyd edək ki, sözügüdən kitab üçün lazım olan yazıları [email protected] ünvanına göndərmək lazımdır.

17 iyul 2020
GO BACK