Qadin.NET / Üç dəfə toyunu təxirə salan baş nazir ailə qurdu

Üç dəfə toyunu təxirə salan baş nazir ailə qurdu

Bir ildə üç dəfə toyunu təxirə salan Danimarkanın Baş naziri Mette Frederiksen ailə qurub.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, Mette Frederiksen kənd toyu ilə uzun müddət nişanlı olduğu Bo Tengberg ilə nikaha girib.

Yerli medianın məlumatına görə, kiçik və səmimi şəraitdə keçən toyda 90-a yaxın adam, o cümlədən keçmiş baş nazir Poul Nyrup Rasmussen də iştirak edib.

Kilsənin çıxışında çəkilən bir fotoşəkili “Instagram” hesabından paylaşan Frederiksen “Bəli” şərhinin yanına bir də ürək smayliki qoyub

17 iyul 2020
GO BACK