Qadin.NET / Bu şəxslərin maaşı 25 faiz artdı

Bu şəxslərin maaşı 25 faiz artdı

2020-ci ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri 27377,8 milyon manat təşkil edib və əvvəlki ilin eyni dövrünə nisbətən 0,6 faiz artıb.
Dövlət Statistika Komitəsindən (DSK) Publika.az-a verilən məlumata görə, bu dövrdə ölkənin istehlak bazarında qiymətlərin artımı əhalinin gəlirlərinin artımını 2,4 faiz bəndi üstələyib.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 24706,9 milyon manatlıq vəsait qalıb.
Rəsmi məlumata görə, 2020-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 24,9 faiz artaraq 728,9 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3693,1 manat, qeyri neft-qaz sektorunda 663,7 manat olub.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 625,9 manat, özəl müəssisələrdə isə 863,7 manat təşkil edib.

17 iyul 2020
GO BACK