Qadin.NET / Türkiyənin məşhurları Azərbaycan xalqına başsağlığı verdilər-VİDEO

Türkiyənin məşhurları Azərbaycan xalqına başsağlığı verdilər-VİDEO

Tovuz istiqamətində döyüşlərdə həlak olan şəhidlərlə bağlı türkiyəli məşhurlar sosia şəbəkə hesablarında paylaşımlar ediblər.

Qadin.Net xəbər verir ki, onlar arasında müğənnilər Ebru Gündeş, Alişan, Gülbən Ərgən, Sərdar Ortaç, Seren Serengil, aktyorlar Oktay Kaynarca, Şahan Gökbahar, aparıcı Ece Erken və başqaları yer alıblar.Sərdar, Ebru, Çağla Şikel, Merve Özbay bayrağımızı yayımlayıb.Ece Erken Azərbaycan bayrağını paylaşaraq "Şəhidləriniz bizim də şəhidlərimizdir. Millət olaraq başımız sağ olsun" sözlərini qeyd edib.Alişan isə "Şəhidlərimizə Allahdan rəhmət diləyirəm" sözlərini yazıb. İfaçı general-mayor Polad Həşimovun da şəklini yerləşdirib və "Nə kral bir adam olmusan, nə gözəl könlün var imiş" deyə, bildirib.Gülbən Ərgən isə "Acınız acımızdır" deyə, paylaşımında vurğulayıb.Oktay Kaynarca isə Azərbaycan xalqına başsağlığı verib.Işın Karaca Bakıda baş tutan yürüşdən görüntü yerləşdirib və "Türkün türkdən başqa dostu olmaz" sözlərini yazıb.Serengil isə "Bu da bizim can qardaşlarımızın bayrağıdır. Uğruna şəhid edilən bütün azərbaycanlı qardaşlarımız bizim də şəhidimizdir" deyə, bildirib.


17 iyul 2020
GO BACK