"Azərbaycan Silahlı Qüvvələrinə könüllü xidmətə getmək istəyənlər sırasında xanımlar da var".
Qadin.Net xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov deyib. O bildirib ki, müraciət edənlərin yaş həddi müxtəlifdir.
A.Rəhimov əlavə edib ki, ümumilikdə bu gün dörd mindən artıq şəxs müraciət edib.