“Bu günlərdə Azərbaycanla sərhəddə apardığı döyüşlərdə erməni ordusunun canlı qüvvədə böyük itkilər verməsi Ermənistan Müdafiə Nazirliyini silahla azacıq da olsa davrana bilən hər kəsi silah altına qoymağa məcbur edir”.
Bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
“Əldə olunan məlumata görə, Ermənistan ordusunun rəhbərliyi keçmiş hərbi qulluqçuları, çağırışçıları, o cümlədən ikinci və üçüncü qrup əlilləri, habelə həbsxana məhbuslarını Tavuş bölgəsinə göndərmək üçün tələsik şəkildə səfərbər edir.
Bu o deməkdir ki, sərhəddə düşmənin şəxsi heyəti sırasında böyük boşluqlar yaranıb və həmin boşluqları o, canlı, lakin artıq "tullantı" materialı ilə yamaq etməyə çalışır”,- deyə, V.Dərgahlı qeyd edib.