Qadin.NET / 10 milyona heç getmədiyi adanı aldı-FOTO

10 milyona heç getmədiyi adanı aldı-FOTO

Adı mətbuata açıqlanmayan milyarder İrlandiya sahillərinin yaxınlığında yerləşən Hors adasını 6,3 milyon dollara (10,7 milyon manat) alıb.

Maraqlıdır ki, adaya sahib olan şəxs oranı yalnız video vasitəsilə görüb.

Qadinn.Net bildirir ki, xəbəri CNN telekanalı yayıb.

Alqı-satqı sosial şəbəkə üzərindən həyata keçirilib.

64 hektar sahəsi olan Hors adası İrlandiyanın cənub-qərbində yerləşir.

XIX əsrə qədər adadan mis çıxarılıb, 1960-cı ildə isə mədəndə çalışan sonuncu işçilər oranı tərk edib.


16 iyul 2020
GO BACK