Almaniyalı araşdırmaçı jurnalist, “Bild” nəşrinin Siyasət şöbəsinin redaktoru Yulian Röpke Ermənistan Müdafiə Nazirliyini ifşa edib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, jurnalist Azərbaycan Ordusuna aid pilotsuz uçuş aparatlarının (PUA) vurulduğu barədə nazirliyin yayımladığı videogörüntülərin saxta olduğunu üzə çıxarıb.
Tvitter səhifəsində paylaşım edən jurnalist bildirib ki, görüntülərdə vurulan obyekt mülki təyyarədir: “İpucu: Bir pilotsuz uçuş aparatını endirdiyinizi iddia edirsinizsə, hava hücumundan müdafiə sisteminizin hədəf aldığı ikimühərrikli dar korpuslu mülki təyyarəni göstərməyin”.
Məlumat üçün xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatının vurulması barədə Ermənistan tərəfinin bəyanatını təkzib etmişdi.
[video=|https://twitter.com/JulianRoepcke/status/1283058827588521984?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1283058827588521984%7Ctwgr%5E&ref_url=https%3A%2F%2Freport.az%2Fdagliq-qarabag-munaqishesi%2Falmaniyali-meshur-jurnalist-ermenistanin-yalanini-ifsa-etdi%2F%3Ffbclid%3DIwAR1jgAb0ITtNUCyLryDakt1dkCLbjHxOKOP901AKd0albxnoIl0a2FcQv1A]