Qadin.NET / Professordan korona şoku: Buna doğru gedirik

Professordan korona şoku: Buna doğru gedirik

Növbəti günlərdə mövcud vəziyyətlə əlaqədar koronavirusa yoluxma halları kəskin artacaq.

Qadin.Net bildirir ki, bunu axar.az-a açıqlamasında professor Adil Qeybulla ötən gün Ordumuza dəstək yürüşünün koronavirusa yoluxmanın artmasına təsirləri haqda danışarkən deyib.

O bildirib ki, artıq qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac yoxdur:

“Qabaqlayıcı tədbirlərin görülməsi artıq gecdir. Ötən gün Bakı küçələrinə minlərlə insan axışdı. Onların içində 10 faizinin xəstə olması kifayətdir ki, oradakıların hamısı yoluxsun. Bu hadisələrdən sonra yəqin ki, ölkədə virusa yoluxma hallarında artan dinamika müşahidə ediləcək. Bunun qarşısını almaq üçün karantinin uzadılması və s. kimi qabaqlayıcı tədbirə qətiyyən ehtiyac yoxdu, çünki artıq yoluxma baş verib. İnsanları maarifləndirmək lazımdır ki, karantindən sonra heç olmasa küçəyə çıxanda qaydalara əməl etsinlər. Maskadan və əlcəkdən istifadə, sosial məsafə və s. qaydalara əməl edilməlidir. Yoxsa biz kollektiv immunitetə doğru gedirik. Yəni yoluxan yoluxur, ölən ölür, qalan da qalır”.

15 iyul 2020
GO BACK